Xəbər lenti

1967-ci ildə qadağan olundu, müharibə əleyhinə himnə çevrildi (VİDEO)
Video 16:36 29.05.2026

1967-ci ildə qadağan olundu, müharibə əleyhinə himnə çevrildi (VİDEO)

Populyar rok mahnısı, psixodelik rok qrup "Country Joe and the Fish”in "I-Feel-Like-I’m-Fixin’-to-Die Rag” adlı treki müharibə əleyhinə ən tanınmış mahnılardan birinə çevrilib və onun əsas şüarı televiziya yayımına qadağa ilə nəticələnib.
 
Qaynarino xəbər verir ki, bu barədə "Parade” jurnalı yazır.

Qeyd olunur ki, mahnı ilk dəfə 1965-ci ilin yayında cəmi 30 dəqiqəyə yazılıb, geniş populyarlıq isə 1967-ci ildə qrupun ikinci albomunda yer aldıqdan sonra qazanılıb. Bundan sonra qadağan olunub.
 
 
Trekin müəllifi amerikalı müğənni Kanti Cо Makdonald olub. O, 17 yaşında ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulub və üç il Yaponiyada xidmət edib.

Mahnı, Makdonaldın sol baxışlı kontur-mədəniyyət jurnalını — "Rag Baby”ni yaratmasından sonra ortaya çıxıb. O, jurnal üçün "provokativ buraxılış” hazırlamaq istəyib və bu zaman "I-Feel-Like-I’m-Fixin’-to-Die Rag”ın ilkin versiyası üzərində işləyib. Kompozisiyanın məqsədi ABŞ-ın Vyetnam müharibəsinə cəlb olunmasının artmasını əks etdirmək olub və bu, gənclər arasında güclü etiraza səbəb olub.

Bildirilir ki, mahnı müharibəyə görə məsuliyyəti siyasətçilərə və hərbi rəhbərlərə yönəldirdi, sıravi əsgərlərə deyil. Eyni zamanda, əsərdə "ordu yumoru” adlanan, müharibənin dəhşətlərini sarkazm və qara yumorla çatdıran üslubdan istifadə olunub.

"I-Feel-Like-I’m-Fixin’-to-Die Rag” "Billboard Hot 100” siyahısına düşməsə də, qrupun canlı çıxışları zamanı böyük populyarlıq qazanıb.
 
Aydın
--> -->