Latın Amerikasının beş ölkəsi - Çili, Peru, Argentina, Boliviya və Ekvador - mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirmək üçün "Santyaqo öhdəliyi" adlı yeni razılaşma imzalayıb.
Qaynarinfo xəbər verir ki, Çilinin paytaxtı Santyaqoda Xarici İşlər Nazirliyində keçirilən görüşdə ölkələrin xarici işlər nazirləri cinayət şəbəkələrinə qarşı daha koordinasiyalı fəaliyyət barədə razılığa gəliblər.
Çili Xarici İşlər naziri Fransisko Peres Mackenna bildirib ki, yeni razılaşma ölkələr arasında siyasi əməkdaşlığı, texniki koordinasiyanı və kəşfiyyat məlumatlarının paylaşılmasını gücləndirəcək.
O qeyd edib ki, mövcud milli səylər kifayət etmir və transsərhəd cinayətkarlıqla mübarizə yalnız birgə fəaliyyətlə mümkündür. Tərəflər 180 gün sonra Argentinanın Buenos-Ayres şəhərində görülən işləri yenidən qiymətləndirəcək.
Çili prezidenti Xose Antonio Kast isə bəyan edib ki, ölkələr artıq gəncləri hədəf alan və cəmiyyətləri zəbt edən cinayət şəbəkələrini sadəcə izləmək istəmir.
Argentina Xarici İşlər naziri Pablo Quirno razılaşmanı "institusional cəsarət” adlandıraraq dövlətlərin daha sürətli və koordinasiyalı reaksiyasının vacibliyini vurğulayıb.
Boliviya Xarici İşlər naziri Fernando Aramayo isə bildirib ki, mütəşəkkil cinayətkarlıq ölkələrin inkişafını və vətəndaşların təhlükəsizliyini ciddi şəkildə zədələyir və bu vəziyyətə qarşı qəti addımlar atılmalıdır.
"Santyaqo öhdəliyi" çərçivəsində ölkələr məlumat mübadiləsi, hüquq-mühafizə əməkdaşlığı və sərhədyanı əməliyyatların gücləndirilməsi kimi sahələrdə birgə fəaliyyət göstərəcəklər.
Aydın
Şərhlər