Xəbər lenti

Ağ Evin sözçüsü analıq məzuniyyətinə çıxır:
phrase_var_qaynar. 17:00 25.04.2026

Ağ Evin sözçüsü analıq məzuniyyətinə çıxır: "Prezidentin nömrəsi hamınızda var"

Ağ Evin sözçüsü Karolin Levitt ikinci övladının doğulması ərəfəsində analıq məzuniyyətinə çıxır. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

"Şəxsi həyatımla bağlı danışsam, böyük ehtimalla bu, bir müddət üçün sonuncu mətbuat konfransım olacaq. Gördüyünüz kimi, doğuşa çox az qalıb. Sizi tezliklə yenidən görəcəyəm. Əminəm ki, siz burada, Ağ Evdə komandamın etibarlı əllərində olacaqsınız. Və bilirəm ki, hamınızın prezidentin şəxsi telefon nömrəsi var", deyə o zarafat edib.

Administrasiya hələlik Levittin rəsmi əvəzçisinin adını açıqlamır. Gözlənilir ki, brifinqləri vaxtaşırı vitse-prezident Cey Di Vens kimi yüksək vəzifəli şəxslər aparacaq. Sözçünün məzuniyyət müddəti də hələ məlum deyil.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->