Xəbər lenti

Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu
Ölkə 10:22 12.06.2026

Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu

Ağdaşda avtomobili ildırım vurub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi "DAF” markalı avtomobil ildırım vurması nəticəsində yanıb.

Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->