Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) 2026-cı ilin noyabrında növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsini müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Cumhuriyyət” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, erkən prezident seçkilərinin təşəbbüsünü irəli sürmək üçün Rəcəb Tayyib Ərdoğanın reytinqinin iqtisadi dəstək tədbirləri hesabına əhəmiyyətli dərəcədə yüksəlməsi lazımdır. Mənbələrə istinadən bildirilir ki, partiya daxilində müəyyən qruplar üçün maaşların artırılması və pensiyaçılara əlavə ödənişlərin verilməsi kimi addımlar müzakirə olunur. Təklif olunan tədbirlərin effektivliyi sorğular vasitəsilə qiymətləndirilməyi planlaşdırılır.
Qəzet qeyd edir ki, hazırda partiya rəhbərliyi erkən seçkilər məsələsində vahid mövqeyə gələ bilməyib. AKP-nin bəzi yüksək vəzifəli üzvləri hesab edir ki, makroiqtisadi göstəricilərdə nəzərəçarpacaq yaxşılaşma olmadan seçkilərə getmək riskli ola bilər.
25 mayda Ankara Apellyasiya Məhkəməsi müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli və onun komandasını rəhbərlikdən uzaqlaşdıraraq, partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlunu müvəqqəti olaraq sədrlik vəzifəsinə qaytardığı barədə qərar verib.
Qanunvericiliyə əsasən, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməlidir. Mövcud qaydalara görə, Ərdoğan həmin seçkilərdə namizəd ola bilməz, lakin konstitusiya dəyişikliyi və ya erkən seçki qərarı ilə bu imkan yenidən yaradıla bilər.
Aydın
Şərhlər