Polimer Materialları İnstitutu "Elvi.M.M Services Group" MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 156 442,28 manatdır. Satınalma predmeti qeyri-yaşayış binalarının əsaslı təmiri işlərindən ibarətdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Elvi.M.M Services Group" MMC 11 noyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 834 127 manatdır. Hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur. Bundan əvvəl şirkətin qanuni təmsilçisi Həsənov Ülvi Dilqəm oğlu olub.
Həm İsgəndərov Coşqun Fəxrəddin oğlu, həm də Həsənov Ülvi Dilqəm oğlu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Şirkətin fəaliyyəti ilə bağlı məlumatlar da kifayət qədər məhduddur.
Buna baxmayaraq, "Elvi.M.M Services Group" MMC dövlət satınalmalarında fəal iştirak edir. Araşdırmalar zamanı məlum olub ki, şirkət əsasən Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olur.
Polimer Materialları İnstitutu 1991-ci ildən 2022-ci ilə qədər AMEA-nın nəzdində, 2022-ci ildən etibarən isə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. İntitutun direktoru AMEA-nın müxbir üzvü, kimya elmlər doktoru, professor Bəxtiyar Məmmədovdur. O. 2016-cı ildən bu vəzifədədir.
Seyid
Şərhlər