Xəbər lenti

Antalyada bir gündə iki dəhşətli qəza: 14 ölü, 32 yaralı (FOTO/VİDEO)
Video 14:25 01.02.2026

Antalyada bir gündə iki dəhşətli qəza: 14 ölü, 32 yaralı (FOTO/VİDEO)

Türkiyənin Antalya şəhərində bu gün iki ağır qəza baş verib.

Qaynarinfo xəbər verir ki, ilk hadisə zamanı Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.

Antalya valisi Hulusi Şahin bildirib ki, ilkin məlumata görə, avtobus qəzasında 8 nəfər ölüb, 26 nəfər yaralanıb.
 

İkinci qəza isə Antalya-İsparta magistral yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib. Yaralılar xəstəxanalara aparılıblar, faktla bağlı araşdırma aparılır.
 


--> -->