Xəbər lenti

Ardıcıl ikinci dəfə... - Çempionlar Liqasının qalibi müəyyənləşdi
İdman 23:03 30.05.2026

Ardıcıl ikinci dəfə... - Çempionlar Liqasının qalibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

Qaynarinfo xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb. Bununla da Paris klubu ardıcıl ikinci dəfə turnirin qalibi oldu.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)
Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"
--> -->