"Arsenal” klubu UEFA turnirlərində son 6 final matçının hamısını uduzub.
Qaynarinfo xəbər verir ki, İngiltərə təmsilçisi Avropada keçirilən final oyunlarında xüsusilə penaltilər seriyasına gedən qarşılaşmalarda da uğur qazana bilməyib.
Son olaraq UEFA Çempionlar Liqasının finalında Fransa klubu PSJ ilə qarşılaşan "Arsenal” Macarıstanın paytaxtı Budapeştdə keçirilən oyunda 1:1 hesablı bərabərlikdən sonra penaltilərdə 4:3 məğlub olub. Bununla da London klubu tarixində ikinci dəfə Çempionlar Liqasının finalında uduzub.
"Arsenal” Çempionlar Liqasının finalında ilk dəfə 2006-cı ildə "Barselona”ya 2:1 hesabı ilə məğlub olmuşdu.
Penaltilərlə uduzulan finallar
"Arsenal” UEFA turnirlərində penalti seriyasına gedən 3 finalın hamısında məğlub olub:
* 1979-80 UEFA Kuboklar Kuboku finalında "Valensiya”ya penaltilərdə 5:4 uduzub
* 1999-2000 UEFA Kuboku finalında "Qalatasaray”a penaltilərdə 4:1 məğlub olub
* 2025-26 Çempionlar Liqası finalında PSJ-yə penaltilərdə 4:3 uduzub
Digər final məğlubiyyətləri
Klub 1994 UEFA Super Kubokunda "Milan”a ümumi hesabda 2:0 uduzub, 1994-95 Kuboklar Kubokunda "Real Zaraqoza”ya əlavə vaxtda 2:1 məğlub olub, 2005-06 Çempionlar Liqası finalında "Barselona”ya 2:1 uduzub, 2018-19 Avropa Liqası finalında isə "Çelsi”yə 4:1 hesabı ilə məğlub olub.
Qazandığı finallar
"Arsenal” Avropa kuboklarında indiyədək 9 final oynayıb və onlardan 2-də qalib gəlib:
* 1969-70 Yarmarkalar Kuboku: "Anderlext” üzərində ümumi 4:3 qələbə
* 1993-94 Kuboklar Kuboku: "Parma” üzərində 1:0 qələbə
Aydın
Şərhlər