Xəbər lenti

Avropa ölkəsi kişi çatışmazlığına görə qadınları orduya çağıra bilər
Dünya 21:56 30.05.2026

Avropa ölkəsi kişi çatışmazlığına görə qadınları orduya çağıra bilər

Estoniyada demoqrafik azalmanın davam etməsi fonunda qadınların da hərbi xidmətə çağırılması ehtimalı "vaxt məsələsi” kimi qiymətləndirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ERR telekanalına ölkənin Müdafiə Resursları Departamentinin rəhbəri Anna Rannaveski açıqlama verib.

Rannaveskinin sözlərinə görə, ölkədə yalnız kişilərin hərbi xidmətə cəlb olunması gələcəkdə ordunun ehtiyaclarını qarşılamaq üçün kifayət etməyəcək.

O bildirib ki, Estoniyada hər il təxminən 4–5 min oğlan uşağı dünyaya gəlir və bu göstərici mövcud müdafiə planlarını icra etmək üçün yetərli deyil.

Rəsmiyə görə, 2040-cı ilə qədər problem daha da kəskinləşəcək və qadınların hərbi xidmətə cəlb olunması "olacaqmı” sualı deyil, "nə zaman olacaq” sualıdır.

O, həmçinin vurğulayıb ki, ölkənin müdafiəsi bütün vətəndaşların ümumi məsuliyyətidir.

Məqalədə qeyd olunur ki, Almaniyada da gənclərin hərbi xidmətə marağının azalması müşahidə edilir. Bəzi nəşrlərə görə, hökumətlər hərbi hazırlıqla bağlı daha sərt yanaşmalar tətbiq etməyə başlayıb, lakin bu addımlar gənclər arasında ciddi müzakirələrə səbəb olur.

Aydın
--> -->