Noderland "Maeve Aerospace” şirkəti, hibrid-elektrik regional təyyarə hazırlamağı planlaşdırırdı, rəsmi olaraq müflis elan edilib. İflasın səbəbləri açıqlanmır, lakin əvvəlcə biznes mediası 20 milyon avro cəlb etməyə yönəlmiş maliyyələşdirmə raundunun uğursuzluqla nəticələndiyini bildirmişdi. Sahə üzrə mütəxəssislərin fikrincə, əsas problem odur ki, "Maeve” dörd il ərzində öz təyyarəsinin necə olacağını sabit şəkildə müəyyənləşdirə bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "FlightGlobal” yazır.
Şirkət əvvəlcə 44 yerlik "Echelon 01” adlı elektrik təyyarəsi hazırlamağı planlaşdırırdı. Daha sonra "Maeve 01” adlı yeni konfiqurasiya ortaya çıxdı.
Daha sonra layihə 80 yerlik hibrid "M80” modelinə dəyişdirildi. Son versiya isə quyruq hissəsində açıq rotorlu mühərriklərə malik "Maeve Jet” oldu və onun 2033-cü ildə istismara verilməsi planlaşdırılırdı.
"İl ərzində hər yeni konsepsiya əlavə hesablamalar, sınaqlar və investisiyalar tələb edirdi. Nəticədə şirkət elə vəziyyətə düşdü ki, real nəticələrdən daha çox vizual təqdimatlar və renderlər mövcud idi”, deyə "AviaNews” Telegram kanalı qeyd edir.
Mütəxəssislərin fikrincə, "Maeve” hekayəsi müasir aviasiya startaplarının əsas problemlərindən birini göstərir.
Aviaşirkətlərin və investorların diqqətini cəlb etmək nisbətən asandır, lakin konsepsiyanı sertifikatlaşdırılmış təyyarəyə çevirmək çox daha çətindir. Xüsusilə layihə illər ərzində dəfələrlə dəyişərək demək olar ki, tanınmaz hala gəlirsə.
Aydın
Şərhlər