Xəbər lenti

Dünya 18:05 11.12.2025

"Axios": Amerikalı general Qəzza təhlükəsizlik qüvvələrinə rəhbərlik edəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) komandiri vəzifəsinə ABŞ general-mayorunu təyin etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri bir amerikalı və iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu həftə İsrailə səfər edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valz bu məlumatı Baş nazir Benyamin Netanyahuya və digər İsrail rəsmilərinə çatdırıb. Tərəflər ISF-in, Sülh Şurasının və Qəzza zolağı üçün Fələstin İdarəetmə Komitəsinin mümkün tərkibini müzakirə ediblər. Lakin nəşrin Amerika mənbəyi heç bir son qərar qəbul edilməyib qeyd edib.

17 noyabrda BMT Təhlükəsizlik Şurası Qəzza zolağında ISF və Sülh Şurasının yaradılması ilə bağlı Vaşinqton tərəfindən dəstəklənən qətnamə qəbul edib. Sonuncu Qəzzada təhlükəsizlik, humanitar yardım və yenidənqurma işlərini əlaqələndirəcək keçid mexanizmi kimi təsvir olunur. Donald Tramp Sülh Şurasına şəxsən sədrlik edəcəyini bildirib.

10 dekabrda ABŞ prezidenti jurnalistlərə gələn ilin əvvəlində Qəzza Sülh Şurasında hansı dünya liderlərinin xidmət edəcəyini açıqlamağı planlaşdırdığını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->