Xəbər lenti

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı
Ekonomiks 09:59 11.06.2022

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 1,7% azalaraq 128,93 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 122,01 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->