Xəbər lenti

Azərbaycan nefti neçəyə satılır?
Ekonomiks 09:43 18.02.2023

Azərbaycan nefti neçəyə satılır?

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,14 ABŞ dolları və ya 2,45% azalaraq, 85,34 dollar olub.

Fevralın 17-də hərracların nəticələrinə görə "Brent” markalı neftin aprel fyuçersləri 83 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->