Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 09:07 17.06.2022

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,78 ABŞ dolları və ya 2,92% azalaraq 125,63 dollar təşkil edib.
 
Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 119,20 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->