Xəbər lenti

Azərbaycanda özünəməxsus evləri və fərqli həyat tərzi olan dağ kəndi (VİDEO)
Video 10:26 01.06.2026

Azərbaycanda özünəməxsus evləri və fərqli həyat tərzi olan dağ kəndi (VİDEO)

Bura adi ərazilərlə müqayisədə xeyli yüksəklikdə yerləşir, özünəməxsus evləri və fərqli həyat tərzi var...

Quba rayon mərkəzindən 64 kilometr məsafədə, yüksək dağlıq ərazidə yerləşən Buduq kəndi özünəməxsus yaşayış tərzi ilə diqqət çəkir. Kənddəki evlər əsasən yonulmuş daşlardan inşa olunub. 

Sərt iqlim və çətin dağ şəraitinə baxmayaraq, sakinlər uzun illərdir əsas dolanışıqlarını heyvandarlıqdan təmin edirlər. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən Buduq kəndində maldarlıq və qoyunçuluq bu gün də əsas məşğuliyyət sahələri olaraq qalır:

Buduq kəndində sakinlər sərt təbiət şərtləri ilə üz-üzə yaşayırlar.

Yaz-yay mövsümündə heyvanlar dağ otlaqlarında saxlanılır, payız fəslində isə satışa çıxarılır.

Buduqluların özlərinə məxsus dili var və kənd sakinləri gündəlik ünsiyyətdə əsasən bu dildən istifadə edirlər.//Xəzər TV

--> -->