Xəbər lenti

Bakıda qəzalı bina təhlükə saçır: Fasadı uçdu, daxilinə su sızır (VİDEO)
Video 18:50 03.06.2026

Bakıda qəzalı bina təhlükə saçır: Fasadı uçdu, daxilinə su sızır (VİDEO)

Güclü külək nəticəsində Nərimanov rayonunun Qarabağ küçəsi, 55 ünvanında yerləşən köhnə dördmərtəbəli yaşayış binasının fasad daşları qoparaq yaxın ərazidə parklanan üç avtomobilin üzərinə düşüb.

Nəticədə maşınlara ciddi ziyan dəyib. Ərazidəki sakinlər qəzalı binanın daha ciddi problemlər yaradacağından narahatdırlar.

"Binanın fasadı dağılmış vəziyyətdədir. İçərisinə su da sızıb. Maşınlar burada saxlamasaydı, uşaqlara zərər dəyə bilərdi", - deyə sakin bildirib.

--> -->