Xəbər lenti

Basketbol tarixində ilk dəfə dörd xallıq atış həyata keçirildi (VİDEO)
phrase_var_qaynar. 18:08 19.08.2024

Basketbol tarixində ilk dəfə dörd xallıq atış həyata keçirildi (VİDEO)

Amerikalı basketbolçu Kris Bançero ilk dəqiq dörd xallıq atışın müəllifi olub.

Qaynarinfo xəbər verir ki, tarixi hadisə Filippin çempionatında "Meralko Bolts” və "Magnolia Hotshots” (99:94) arasında keçirilən matçda baş verib.

"Meralko” klubunda çıxış edən müdafiəçi Kris Bançero 4 xallıq atışı dəqiq həyata keçirib. 

Qeyd edək ki, bu mövsüm başlamazdan əvvəl Filippin Basketbol Assosiasiyası peşəkar liqalar arasında ilk olaraq dörd xallıq xətt - 27 fut (8,2 metr) tətbiq edib.

Nizami Bağırov
4

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->