"Blue Origin” raketinin partlaması təkcə şirkətin sahibi və "Amazon”un qurucusu Ceff Bezos üçün deyil, həm də NASA üçün ciddi problem yaradıb. Hadisə astronavtların Aya endirilməsi ilə bağlı planların təxirə salınmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, "NBC News”un yazdığına görə, Bezos və onun şirkəti artıq az sayda mövcud olan "New Glenn” raketlərindən birinin itirilməsi və bu raketlər üçün yeganə buraxılış meydançasının zədələnməsi ilə üzləşib. Bundan əlavə, insident nəticəsində raket buraxılışlarının bir neçə ay, hətta illərlə gecikə biləcəyi ehtimal olunur.
NASA da oxşar çətinliklərlə qarşılaşa bilər. Agentlik "Blue Origin”un astronavtların Aya qaytarılması və Ay bazasının qurulmasını nəzərdə tutan proqramında əsas rol oynayacağını gözləyirdi. NASA şirkəti 2027-ci ildə planlaşdırılan "Artemis III” missiyasında iştirak etdirməyi nəzərdə tuturdu.
Mütəxəssislər bildirirlər ki, "New Glenn” raketində yaranmış problemin səbəbi qısa müddətdə müəyyən edilərək aradan qaldırılsa belə, buraxılış meydançasının bərpası daha uzun vaxt tələb edə bilər.
"Amazon”un qurucusu Ceff Bezosa məxsus "Blue Origin” şirkətinin ağır yükdaşıyan "New Glenn” raketi ABŞ-da sınaqlar zamanı buraxılış meydançasında partlayıb.
Şirkətin məlumatına görə, partlayış "Amazon” üçün nəzərdə tutulmuş internet peyklərinin planlaşdırılan buraxılışı ərəfəsində mühərriklərin yoxlanılması zamanı baş verib.
"New Glenn” "Blue Origin” tərəfindən hazırlanmış iki pilləli ağır yükdaşıyan raketdir. O, aşağı Yer orbitinə 45 tona qədər faydalı yük çıxarmaq imkanına malikdir.
Aydın
Şərhlər