Xəbər lenti

Braziliya ABŞ-ın yeni tarif təklifini rədd etdi
Dünya 17:10 03.06.2026

Braziliya ABŞ-ın yeni tarif təklifini rədd etdi

Braziliya hökuməti ABŞ-ın Braziliya məhsullarına qarşı yeni tariflərin tətbiqi ilə bağlı təklifini rədd edib və Vaşinqtonu "ədalətsiz ticarət təcrübələrində” ittiham edib.

Qaynarinfo "Sinxua"ya istinadən xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyinin Ofisi aparılan araşdırmadan sonra Braziliya məhsullarına 25 faizə qədər tarif tətbiq edilməsini təklif etmişdi. Araşdırmada Braziliya ABŞ ilə ticarəti məhdudlaşdıran praktikalar tətbiq etməkdə günahlandırılıb.

Braziliya hökuməti açıqlamasında bildirib ki, ölkənin rəqəmsal ödəniş sistemi olan PIX kimi milli aktivlərə qarşı bu cür birtərəfli addımların heç bir əsası yoxdur.

Rəsmi məlumatlara görə, 2011–2025-ci illər arasında ABŞ-ın Braziliya ilə ticarət profisiti 424,5 milyard dollara çatıb. Keçən il isə ABŞ məhsullarının 76 faizi Braziliyaya rüsumsuz daxil olub.

Braziliya tərəfi qeyd edib ki, ABŞ-ın tətbiq etdiyi tarif siyasəti iqtisadiyyata, məşğulluğa və iki ölkə arasındakı ticarət münasibətlərinə mənfi təsir göstərir.

Bəyanatda həmçinin Braziliyanın ABŞ-a ixracında payın azaldığı vurğulanıb və ölkənin qarşılıqlı tədbirlər görmək hüququnu saxladığı bildirilib.
 
Günay
--> -->