Xəbər lenti

Çempionlar Liqası: Bu gün final var
İdman 10:00 30.05.2026

Çempionlar Liqası: Bu gün final var

UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Qaynarinfo xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları qarşılaşacaqlar.

Matç Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi Daniel Zibert olacaq.

PSJ və "Arsenal" indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3 oyun isə bərabərliklə başa çatıb.

Çempionlar Liqası
Final

30 may
20.00 PSJ (Fransa) - Arsenal (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya).
--> -->