Xəbər lenti

COVID peyvəndi ölüm nisbətlərinin azalmasına səbəb olur (TƏDQİQAT)
Sağlamlıq 09:18 19.12.2025

COVID peyvəndi ölüm nisbətlərinin azalmasına səbəb olur (TƏDQİQAT)

COVID-19-a qarşı peyvənd alan insanlarda ölüm riski daha aşağı olub. 

Qaynarinfo xəbər verir ki. "The Hill” nəşrinin yazdığına görə, bunu Fransada aparılmış yeni genişmiqyaslı araşdırmanın nəticələri göstərir. 

Tədqiqat eyni zamanda mRNT-vaksinlərinin tətbiqindən sonra ciddi fəsadların aşağı səviyyədə olduğunu üzə çıxarıb. Toplanmış məlumatlar göstərir ki, peyvəndlənmiş şəxslər təkcə COVID-19-dan daha az ölməyib, həm də ümumi ölüm göstəriciləri daha aşağı olub.

Jurnalistlərin izahına görə, araşdırma "JAMA Open Network” elmi jurnalında dərc edilib. Müəlliflər Fransanın Milli Tibbi Sığorta Sisteminin məlumatlarından istifadə edərək 18–59 yaş arası 28 milyon yetkin şəxsin məlumatlarını təhlil ediblər. Onlardan 22,7 milyonu 2021-ci ilin may-oktyabr ayları arasında COVID-ə qarşı ən azı bir doza mRNT-vaksini alıb, 5,9 milyon nəfər isə peyvənd olunmayıb.

Tədqiqatçılar müşahidə dövrünü bu ilin 31 mart tarixinədək uzadıblar ki, bu da təxminən dörd illik analiz imkanı yaradıb.

Demoqrafik göstəricilər və müəyyən xroniki xəstəliklərin mövcudluğu nəzərə alındıqdan sonra məlum olub ki, peyvənd olunmuş yetkin şəxslərdə COVID-19-un ağır gedişi nəticəsində ölüm riski 74% daha aşağıdır.

Bundan əlavə, məqalədə qeyd olunur ki, peyvəndlənmiş insanlarda növbəti dörd il ərzində istənilən səbəbdən ölüm riski peyvənd olunmayanlarla müqayisədə 25% az olub.

Araşdırma həmçinin təsdiqləyib ki, peyvəndlənmiş şəxslər arasında miokardit, anafilaksiya və ya eninə mielit kimi nadir hallar qeydə alınsa da, ciddi ürək-damar ağırlaşmaları və ya digər ağır yan təsirlərin artmış riski aşkar edilməyib.

Müəlliflər vurğulayırlar ki, ölüm hallarının azalması qismən əlavə amillərlə də izah oluna bilər. Məsələn, daha sağlam insanların peyvəndlənməyə daha meyilli olması kimi. Bununla belə, qeydə alınmayan bu cür amillər nəzərə alındıqdan sonra belə, istənilən səbəbdən ölüm riski təxminən 20% daha aşağı olaraq qalıb.

"Təqdim olunan məlumatlar COVID-19-a qarşı mRNT-vaksinləri ilə ölüm səviyyəsinin artması arasında heç bir əlaqə aşkar etməyib”, deyə tədqiqatçılar bildiriblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->