Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini işdən ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, Pediatriya İnstitutunun müalicə işləri üzrə direktorun müavini Nüşabə Pənahova bir müddət əvvəl öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Pediatriya İnstitutundan bildirilib ki, Nüşabə Pənahova hazırda xəstəxanada həkim-pediatr kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin 13 dekabr 2023-cü tarixli əmri ilə Nüşabə Pənahova direktor müavini təyin olunmuşdu.
Aydın
Şərhlər