Xəbər lenti

Dünyanın ən böyük
Dünya 18:08 02.06.2026

Dünyanın ən böyük "Ferrari" kolleksiyası: Sultanın neçə əfsanəvi avtomobili var?

Bruney sultanı Həsənal Bolkiahın dünyada ən böyük və ən məşhur avtomobil kolleksiyalarından biri var. Onun qarajında minlərlə lüks avtomobil saxlanılır, lakin xüsusi maraq doğuran məhz "Ferrari" kolleksiyasıdır.

Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" nəşrinin məlumatına görə, sultanın kolleksiyasında təxminən 450 ədəd "Ferrari" avtomobili mövcuddur. Bu say o qədər böyükdür ki, o, Vatikanın bütün daimi sakinlərinə bir avtomobil hədiyyə etsə belə, kolleksiyasında yüzlərlə "Ferrari" qalardı.

Müqayisə üçün qeyd olunur ki, Vatikanın daimi əhalisi təxminən 250 nəfərdir. Bu isə o deməkdir ki, sultan hər bir sakinə bir "Ferrari" versə, yenə də təxminən 200 avtomobil saxlamış olar.
 


Sultanın kolleksiyasında yalnız müasir modellər deyil, həm də nadir və klassik avtomobillər yer alır. Buraya "250 LM", avtomatik transmissiyaya uyğunlaşdırılmış "365 GTS/4 Daytona Spider", "512 BB Koenig Special" və qeyri-standart rənglərdə hazırlanmış beş "288 GTO" daxildir.

Kolleksiyada istehsal edilmiş cəmi altı nüsxədən biri olan "288 GTO Evoluzione" da mövcuddur.

Bundan əlavə, sultan səkkiz ədəd "Testarossa Spider" modelinə sahibdir. O, həmçinin istehsal olunmuş altı "F90" avtomobilinin hamısını, üç "Mythos" konsept-karını və yeddi "FX" modelindən altısını kolleksiyasında saxlayır.
 


Kolleksiyada altı "456 GT Venice", altı "F50", doqquz "550 Maranello", üç "Enzo" və üç "LaFerrari" də yer alır.

Məqalədə vurğulanır ki, dünyada Bruney sultanının "Ferrari" kolleksiyası ilə müqayisə edilə biləcək başqa bir kolleksiya tapmaq olduqca çətindir.

Ümumilikdə isə Həsənal Bolkiahın avtomobil kolleksiyasının təxminən 7 min nəqliyyat vasitəsindən ibarət olduğu və dəyərinin 5 milyard ABŞ dollarına çatdığı bildirilir.

Aydın

--> -->