Şəkidə məktəb binasının tikintisi niyə dayandırılıb? (VİDEO)
Şəkinin ən məhşur təsil ocaqlarından sayılan 18 nömrəli tam orta məktəbin binası 2022 ci ildən sökülərək il yarım müddətinə 4 mərtəbəli 820 şagird yerlik binanın tikilməsi nəzərdə tutulub.
Bu müddət ərzində təhsilin məktəbin qonşuluğunda yerləşən liseydə 2-ci novbədə aparılması nəzərdə tutulub. Lakin, yeni məktəbin binasının tikiləcəyinə sevinən sakinlərin sevinci yarımçıq qalıb. Belə ki, bina 1-2 mərtəbə tikildikdən sonra işlər dayanıb.
Valideynlərin sözlərinə görə, övladlarını digər məktəbə aprıb gətirmək onlara həm əlavə xərc həm də başqa problemlərə yol açır.
Valideynlər qədər elə məktəbin şagirdləri də məktəblərinin təmir olunmamasının mənfi tərəflərindən danışıblar
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən isə məktəbdə tikintinin nə vaxt bitəcəyi haqda sorğuya açıqlama verilməyib.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər