Xəbər lenti

Emin Əmrullayevdən yeni təyinat
Ölkə 22:08 29.04.2022

Emin Əmrullayevdən yeni təyinat

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

Qaynarinfo  xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->