Xəbər lenti

Siyasət 12:44 13.12.2025

"Ermənistanın iqtisadi imkanları Azərbaycanla yarışa girməyə imkan vermir"

"Azərbaycanın atdığı addımların Ermənistana heç bir dəxli yoxdur və İrəvan Bakıya hər hansı təzyiq göstərmək gücündə deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın müxtəlif Avropa ölkələrilə digər sahələr kimi hərbi müstəvidə də artan əlaqələrinin Ermənistanda yaratdığı həyəcan və qıcığı şərh edərkən deyib: 

"Ermənistan özü də gözəl bilir ki, Azərbaycanla müharibə apara bilməz. Ona görə də erməni mətbuatının qaldırdığı bu hay-küy sadəcə olaraq, Avropanın mərhəmətini qazanmaq, özlərinin onlardan ucuz silahlar almaq istəyindən qaynaqlanır”. 
 


Ekspert qeyd edib ki, bu sayaq açıqlamalar həm də sırf seçkiyə hesablanmış bəyanatlardır: 

"Onlar daxili auditoriyanı öz tərəfinə çəkməyə məcburdur. İrəvan başa düşməlidir ki, Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən aldıqları silahlar onları düşdükləri vəziyyətdən çıxara bilməyəcək. Ermənistanın iqtisadi imkanları Azərbaycanla yarışa girməyə imkan vermir”. 

Qeyd edək ki, Azərbaycanın Avropanın müxtəlif ölkələri ilə artan əlaqələri Ermənistanı getdikcə daha çox narahat edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri fonunda bir daha görmək mümkündür. Baş verənləri böyük həyəcanla izləyən "Armenianreport" portalı prosesin İrəvan üçün müsbət heç nə vəd etmədiyini yazıb.
 
Slovakiya prezidenti Peter Pelleqrininin Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bəyan etməsi İrəvanı xeyli təşvişə salıb. Slovakiyanın qabaqcıl müdafiə sənayesi - özüyeriyən artilleriya, döyüş sursatları və yüksək texnologiyalı sistemlərdən qürurla danışan Slovakiya Prezidenti onu da xatırlayıb ki, Slovakiya baş nazirinin müavininin əvvəlki səfəri zamanı Azərbaycan tərəfi avtomatik artilleriya qurğularına maraq göstərib. İndi də prezident əminliklə bəyan edib ki, bu silahlar Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcək. Bu açıqlamalar isə erməni mediasında isterika yaradıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->