HƏMAS Qəzza zolağının idarəçiliyini Fələstin administrasiyasına təhvil verməyə hazırdır.
Qaynarino xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazir bildirib ki, yeni anklav administrasiyası və polis Fələstin hərəkatı tərksilah edilməzdən əvvəl fəaliyyətə başlamalıdır.
Fidan "Reuters"ə deyib ki, etibarlı administrasiya və təlim keçmiş hüquq-mühafizə orqanları yaradılmadan HƏMAS-ın tərksilah edilməsi ehtimalı azdır. O, əlavə edib ki, polis qüvvələri "=beynəlxalq sabitləşdirmə qüvvəsi" tərəfindən dəstəklənəcək. Nazir hansı ölkələrdən bəhs etdiyini dəqiqləşdirməyib.
Hakan Fidan aydınlıq gətirib ki, HƏMAS döyüşçüləri polis qüvvələrinə daxil edilməyəcək. Türkiyə xarici işlər naziri bildirib ki, əgər HƏMAS və İsrail atəşkəsin növbəti mərhələsinə keçməsələr, bu, bütün dünya, xüsusən də ABŞ üçün uğursuzluq olacaq.
HƏMAS və İsrail oktyabr ayında Qəzza sülh müqaviləsi imzalayıblar. Sazişin birinci mərhələsinə atəşkəs və əsir mübadiləsi daxidir. "Axios"a görə, ABŞ prezidenti Donald Tramp tərəflərin Milad bayramından (25 dekabr) əvvəl sülh prosesinin ikinci mərhələsinə keçəcəyini gözləyir.
İkinci mərhələyə İsrail qoşunlarının əsas hissəsinin Qəzza zolağından çıxarılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və yeni inzibati strukturun yaradılması daxildir. ABŞ-ın məlumatına görə, ona təxminən 10 ərəb və Qərb liderindən ibarət Sülh Şurası rəhbərlik edəcək.
Aydın
Şərhlər