Xəbər lenti

İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır
Ekonomiks 16:07 13.01.2026

İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Dostaliyevə məxsus torpa sahəsi hərraca çıxarılacaq. 

Qaynarinfo xəbər verir ki, sahəsi 4,7825 hektar olan torpağın start qiyməti 20 faiz endirimlə 8000 manatdır. 

Torpaq sahəsi Hacıqabulun Meyniman kəndində yerləşir. Hərrac yanvarın 21-də keçiriləcək. 

Natiq Dostalıyev 2024-cü ilin iyul ayında Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

Seyid

--> -->