Amerikalı milyarder İlon Mask bildirib ki, rekord səviyyədə aşağı doğum göstəriciləri səbəbindən dünyanın aparıcı iqtisadiyyatları demoqrafik tənəzzül və yox olmaq təhlükəsi ilə üzləşir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Avropa İttifaqına üzv olan 27 ölkədən 21-də ölüm sayı doğum sayını üstələyir. Onlar uzun müddətdir ki, demoqrafik baxımdan yox olmağa doğru gedirlər", deyə Mask yazıb.
İlon Mask ötən ilin dekabrında da Avropada "əhalinin böyük əvəzlənməsi" prosesinin artıq baş verdiyini iddia etmişdi. O, Brüsseldə yaşayan uşaqların 73 faizinin avropalı olmadığını irəli sürmüş, həmçinin davam edən demoqrafik proseslər nəticəsində Yer üzündə ağdərili əhalinin yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirmişdi.
Mask bundan əvvəl də Avropa İttifaqını tənqid edərək hesab etdiyini bildirib ki, təşkilat ləğv edilməli, üzv dövlətlər isə öz suverenliklərini tam bərpa etməlidirlər. Onun fikrincə, bu halda milli hökumətlər öz vətəndaşlarını daha effektiv təmsil edə bilərlər.
Milyarder paylaşımında həmçinin qeyd edib ki, bürokratiya "Avropanı yavaş-yavaş boğur" və ABŞ-nin Avropa İttifaqını konkret olaraq hansı təhlükədən qoruduğu ilə bağlı sual ünvanlayıb.
Aydın
Şərhlər