Xəbər lenti

Texnologiya 19:35 06.12.2025

"iPod"ın yaradıcısı Tim Kukun varisi ola bilər

"iPod"ın yaradıcılarından biri və "Apple"ın aparat təminatı bölməsinin keçmiş rəhbəri Toni Fadell, Tim Kukun gedişindən sonra şirkətin baş direktoru ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Information" yazıb.

Nəşrin mənbələrinə görə, Fadell keçmiş həmkarlarına şirkətə rəhbərlik etməyə hazır olduğunu gizli şəkildə bildirib. Eyni zamanda, bəzi keçmiş "Apple" rəhbərləri Fadell kimi "qara at" namizədinin şirkətə lazımi dəyişim təmin edə biləcəyinə inanırlar. Digər mənbələr onun təyinatını qeyri-mümkün hesab edir və "Apple"da işlədiyi dövrdə mübahisəli nüfuzuna diqqət çəkirlər.

Fadell 2008-ci ildə "Apple"dan ayrılıb və iki il sonra özünün istehlakçı elektronikası şirkətini qurub. Bu şirkət 2014-cü ildə "Google" tərəfindən 3,2 milyard dollara satın alınıb.

Qeyd edək ki, Con Ternus hazırda "Apple" şirkətinin baş direktoru vəzifəsinə əsas namizəd olaraq qalır. Lakin "The Information" mənbələri qeyd edir ki, Ternusun özü baş direktor vəzifəsini tutmağa hazır olub-olmadığından əmin deyil və bu da varis seçim prosesini gecikdirə bilər.

Noyabrın sonlarında "Bloomberg" xəbər verib ki, Tim Kukun şirkətdən ayrılmaq üçün hazırda heç bir planı yoxdur. Lakin "Financial Times" bundan əvvəl onun getməsinin 2026-cı ilin əvvəlində baş verə biləcəyini bildirmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->