Xəbər lenti

Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi, dələduzluğa məruz qaldı
Ölkə 17:24 18.12.2025

Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi, dələduzluğa məruz qaldı

Şirvan şəhərində oğlunu həbsdən azad etdirmək istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, Ş.İsrafilovun oğlu narkotik istifadəsi şübhəsi ilə saxlanılıb. Həmin vaxt Ş.İsrafilova Nicat adlı bir nəfər zəng vuraraq oğlu Ə.İsrafilovun dostu olduğunu və 1000 manat müqabilində onun azadlığa çıxmasını təmin edəcəyini bildirib. 

Ş.İsrafilov ona inanaraq 750 manat pul verib. Nicat yerdə qalan 250 manatı özü həmin məbləğin üstünə əlavə edəcəyini deyib. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Nicat saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Şirvan Şəhər Məhkəməsində hakim Aydan Məmmədlinin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Nicat verilmiş ittihamla özünü təqsirli bilib. O, Ş.İsrafilovdan aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini deyib. 

Məhkəmənin hökmü ilə Nicat 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->