İsmayıllıda Novruz bayramı qeyd olunub (FOTO/VİDEO)
İsmayıllıda Novruz bayramı böyük təntənə ilə qeyd olunub.
Qaynarinfo xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.
Mərkəzi meydanda bayram tonqalı qalanıb. Tədbir geniş və rəngarəng konsert proqramı ilə davam etdirilib. Azərbaycanın tanınmış müğənniləri ifaları ilə bayram iştirakçılarına xoş anlar bəxş ediblər. Novruzun əsas simvollarından olan Kosa və Keçəlin, Bahar qızının maraqlı tamaşaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər