Xəbər lenti

KİV: UEFA İnfantinonun FİFA prezidentliyindən getməsinə çalışır
İdman 17:07 01.08.2026

KİV: UEFA İnfantinonun FİFA prezidentliyindən getməsinə çalışır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun vəzifədən getməsinə nail olmağa çalışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, UEFA-nın İnfantinonun nüfuzuna zərbə vurmağa yönəlmiş planı mövcuddur. Bildirilir ki, bu planın əsası vaxtilə İnfantinonun özü tərəfindən hazırlanmış layihəyə söykənir.

Məlumata əsasən, söhbət FİFA-nın keçmiş prezidenti Yozef Blatter ətrafında yaranmış korrupsiya qalmaqalı dövründə hazırlanmış təşəbbüsdən gedir. Həmin vaxt UEFA-da çalışan Canni İnfantino təşkilatın FİFA-dan ayrılması və alternativ qlobal futbol qurumunun yaradılması ilə bağlı plan hazırlayıb. Lakin bu layihə heç vaxt ictimaiyyətə təqdim olunmayıb.

İyulun 28-də isə Canni İnfantinonun FİFA turnirlərinin idarə olunması üçün ayrıca şirkət yaratmaq və həmin şirkətin səhmlərinin təxminən 20–30 faizini investorlara satmaq variantını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.

Bu təşəbbüs UEFA üzvləri arasında ciddi narazılıq doğurub. Məlumata görə, UEFA-ya üzv bütün ölkələr, o cümlədən Rusiya, layihənin qəbul ediləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdil qərar qəbul ediblər. Daha sonra Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da bu mövqeyə qoşulub.

Bundan sonra FİFA sözügedən layihədən imtina edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->