Fransanın PSJ klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
PSJ 2025/26 mövsümünün Çempionlar Liqasının qalibi olub. Həlledici oyunda Paris klubu oyundan sonrakı penaltilər seriyasında Londonun "Arsenal" komandasını 4:3 hesabı ilə üstələyib (əsas və əlavə vaxtda komandalar heç-heçə edib - 1:1).
Turnir çərçivəsində keçirdiyi 16 oyun ərzində Kvaratsxeliya rəqib qapılarına 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı gürcü futbolçu 2025-ci ildən PSJ-nin şərəfini qoruyur. O, Paris klubunun heyətində iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının, həmçinin bir dəfə Fransa Kubokunun, Fransa Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.
Qeyd edək ki, Xviça vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, həmçinin Azərbaycan millisinin formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.
Şərhlər