Kvaratsxeliya finaldan sonra jurnalistin rus dilində sualına cavab vermədi
Gürcüstanlı yarımmüdafiəçi, PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının finalında "Arsenal"la oyundan sonra jurnalistin rus dilində sualına cavab verməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, gürcü futbolçu jurnalistin oyunla bağlı sualına "Xeyr, danışa bilmirəm, bağışlayın" cavabını verib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının finalında "Arsenal"ı penaltilər seriyasında yenərək ardıcıl ikinci dəfə turnirin qalibi olub. Kvaratsxeliya 16 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasının ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Xviça vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, həmçinin Azərbaycan millisinin formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.
Aydın
Şərhlər