Macarıstanda Tisa Partiyasının lideri Peter Macar prezident Tamaş Şuyoka vəzifədən könüllü getməyəcəyi halda ona qarşı parlamentdə impiçment prosedurunun başlanacağını bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Macarın sözlərinə görə, o, hakim partiyanın Tisa fraksiyasını təklifləri barədə məlumatlandıracaq və daha sonra deputatlar dərhal zəruri prosedurlara başlayacaqlar. Baş nazir xatırladıb ki, Konstitusiyaya əsasən dövlət başçısının səlahiyyətlərdən məhrum edilməsi üçün bir neçə mexanizm mövcuddur. "Zərurət yaranarsa, prezidentin vəzifədən uzaqlaşdırılması üçün konstitusiyaya dəyişikliklər də təklif ediləcək", deyə Macar əlavə edib.
29 mayda Tamaş Şuyokun Peter Macarın tələb etdiyi istefadan imtina etdiyi bildirilmişdi. Bunun əvəzində Macarıstan prezidenti münaqişəyə hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına müraciət edib.
Bundan əvvəl Macar ölkə liderini 31 maya qədər könüllü istefa verməyə çağırmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşdən sonra o, Şuyoku tənqid edərək bildirmişdi ki, əgər prezident istefa verməsə, yeni hökumət onu vəzifədən kənarlaşdırmağa cəhd göstərə bilər.
Aydın
Şərhlər