Xəbər lenti

Madridin
Ölkə 10:51 29.05.2026

Madridin "Cibeles" fəvvarəsi bayrağımızın rənglərində işıqlandırıldı

Madridin "Cibeles” fəvvarəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb.

Qaynarinfo xəbər verir ki, fəvvarə İspaniyanın paytaxtında Azərbaycanın Müstəqillik Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərə bürünüb.

Qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir.
--> -->