Reper və bloqçu Klintn Lord (əsl adı Klinton Adams) Los-Ancelesdə həbs edilib.
Qaynarinfo bu barədə "NBC News"a istinadən xəbər verir.
Los-Anceles Rayon Prokurorluğunun məlumatına görə, Adams iki qadını Kaliforniyada baş verən dağıdıcı meşə yanğınından sonra tərk edilmiş boş əraziyə aparıb və onlara təcavüz edib.
Klintn Lord zorla təcavüz və hücumda ittiham olunub. Prokurorlar və Los-Anceles Polis Departamentinin detektivləri hesab edirlər ki, qurbanların sayı daha çox ola bilər. Onlar bütün qurbanları onlarla əlaqə saxlamağa çağırıblar. Adams günahsız olduğunu bildirib.
Aydın
Şərhlər