Şərabçılıqla məşğul olan "Naiqin-K Tovuz Baltiya” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin hazırda 1 158 982,62 manat təşkil edir.
"Naiqin-K Tovuz Baltiya” MMC 10 mart 1993-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 000 manatdır. Hüquqi ünvanı Tovuz rayonu, İbrahım Hacılı kəndində yerləşiri. Şirkətin qanuni təmsilçisi Tağıyev Rakif Musa oğludur.
"Naiqin-K Tovuz Baltiya” şirkətinin təsisçisi isə iş adamı Naiq Məhəmmədhəsənovdur. MMC Azərbaycanda şərabçılıqla məşğul olan iri şirkətlərdən biri hesab olunur. "Tovuz Baltiya” dünyanın 10-dan çox ölkəsinə məhsul ixrac edən şirkət kimi tanınır. Ona görə də şirkətin 1,1 milyon manat vergi borcunun yaranması maraqlıdır.
Bir neçə ilə əvvəl Naiq Məhəmmədhəsənovla "Bank of Baku” arasında məhkəməsi yaşanıb. Həmin vaxt sahibkar bankı saxtakarlıqda ittiham edib.
Sahibkar bildirib ki, bir qədər əvvəl "Tovuz Baltiya" şirkəti "Bank of Baku"nun xətti ilə Sahibkarlığa Yardım Fondundan güzəştli kredit göütürüb. Kreditin şərtlərində ilk iki ilin güzəştli (həmin müddətdə kredit üzrə yalnız faizlər ödənilir) olması nəzərdə tutulsa da, "Bank of Baku" artıq 7 aydan sonra kredit üzrə gecikmə olduğunu bildirərək şirkətə faizlər hesablamağa başlayıb. "Biz krediti 5 illik götürmüşük, bunun ilk iki ili güzəştli idi. Amma bunlar hələ 6 ay tamam olmadan, bizim guya krediti gecikdirdiyimizi bildirərək hesablarımızdan qanunsuz pul çıxmağa başlaıblar", deyə Naiq Məhəmmədhəsnov bildirib.
Seyid
Şərhlər