Xəbər lenti

Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi
Ölkə 16:21 25.06.2026

Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->