Xəbər lenti

Myanmada dəhşətli partlayış: 46 nəfər öldü (VİDEO)
Video 20:11 31.05.2026

Myanmada dəhşətli partlayış: 46 nəfər öldü (VİDEO)

Myanmanın şimal-şərqində yerləşən bir binada baş vermiş partlayış nəticəsində 46 nəfər ölüb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə hadisə yerində çalışan xilasedicilərə istinadən "Associated Press” (AP) məlumat yayıb.

Məlumata görə, partlayışın dağ-mədən fəaliyyəti üçün saxlanılan partlayıcı maddələrin olduğu ehtimal edilən binada baş verdiyi bildirilir.

"Hadisə yerinə gələn xilasedicilərdən biri bazar günü axşamadək 46 meyitin tapıldığını, onların arasında altı uşağın da olduğunu bildirib”, deyə AP yazır.

Xilasedicinin sözlərinə görə, hadisə nəticəsində yaralanan 74 nəfər xəstəxanaya yerləşdirilib.

Digər xilasedici isə partlayışın baş verdiyi əraziyə yaxın yerləşən 100-dən çox evin zərər gördüyünü bildirib.

Aydın
 
--> -->