Xəbər lenti

Özgür Özəl yeni partiya yaradacaq? - Özündən açıqlama
Dünya 15:05 03.06.2026

Özgür Özəl yeni partiya yaradacaq? - Özündən açıqlama

Məhkəmə tərəfindən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl həm partiya daxilindəki gərginliklərə, həm də gələcək siyasi ssenarilərə dair mühüm mesajlar verib. O, xüsusilə yeni partiya ehtimalı barədə dedikləri ilə diqqət mərkəzinə düşüb.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, siyasi proseslərdə ən pis ssenarilərə də hazır olmaq lazımdır. Özgür Özəl qeyd edib ki, partiyanın hüquqi və siyasi blokadalarla üzləşməsi ehtimalına qarşı alternativ planlar müzakirə olunur.

Özgür Özəl açıqlamasında bildirib ki, mövcud siyasi şəraitdə partiyanın fəaliyyətinə maneə yaradıla biləcəyi hallara qarşı ehtiyat siyasi struktur ideyası gündəmdədir:

"Ən pis ssenaridə – əgər partiyanın fəaliyyəti bloklanarsa və ya seçkilərə qatılma imkanları məhdudlaşdırılarsa – hazırda alternativ bir siyasi model üzərində düşünmək lazımdır".

O, hətta bəzi vəziyyətlərdə ikinci bir partiyanın da hazır saxlanılmasının mümkün olduğunu qeyd edib. Özgür Özəl onu da əlavə edib ki, əsas mübarizə mövcud partiya daxilində aparılır və təşkilatı tərk etmək planı yoxdur.

Özgür Özəl vurğulayıb ki, CHP siyasi brend olaraq böyük dəyərə malikdir və əsas xətt bu strukturun içində mübarizəni davam etdirməkdir. Onun sözlərinə görə, yeni partiya ideyası yalnız son dərəcə kritik və hüquqi çıxılmaz vəziyyətlər üçün ehtiyat plan kimi nəzərdən keçirilir.

Açıqlamalarda Kamal Kılıçdaroğlu ilə bağlı münasibətlər də diqqət çəkib. Özgür Özəl tərəflər arasında müzakirə kanallarının açılmadığını və prosesin gərgin davam etdiyini bildirib. O, həmçinin partiya daxilində hüquqi proseslərin siyasi təsirlərlə müşayiət olunduğunu iddia edib.

Aydın
--> -->