Kendisi artıq o günləri yaşadığını belə xatırlamır: milyonluq sərvətini belə xərcləyirmiş... danışdıqca gözləri doldu
Hollivudun ən parlaq uğur hekayələrindən birinin sahibi Brüs Uillis artıq ən kədərli real həyat hekayələrindən birinin də mərkəzindədir. Təxminən yarım əsrə yaxın karyerası boyunca ardıcıl uğurlar qazanan Uillis, daha çox rol alacağı bir dövrdə sağlamlığını itirib və məcburi şəkildə aktyorluqdan uzaqlaşıb. Yaxınları bildirir ki, aktyor artıq həmin günləri belə xatırlamır.
Qaynarinfo xəbər verir ki, 71 yaşlı Brüs Uillis 2022-ci ildən etibarən əvvəlcə afaziya, daha sonra isə frontotemporal demensiya ilə mübarizə aparır. İlk diaqnozdan sonra ailəsi onun aktyorluğu tərk etdiyini açıqlamışdı.
Həyat yoldaşı Emma Heminq, keçmiş həyat yoldaşı Demi Mur və ondan olan üç böyük qızı, eləcə də hazırkı evliliyindən iki azyaşlı övladı aktyorun qayğısı üçün bir araya gəlib.
Son məlumata görə, Brüs Uillis Emma Heminq və övladları ilə deyil, özünə məxsus başqa bir evdə daimi baxım altında yaşayır. Bu vəziyyət həm ailə, həm də pərəstişkarları üçün ağır qarşılanır.
Həmkarlarının xatirələri
Aktyorla illər əvvəl səhnəni bölüşən həmkarları da onun vəziyyətindən kədərlənirlər və keçmiş günləri xatirələrlə yad edirlər. Onlardan biri, "Misery” adlı tamaşasında Brüs Uillis ilə birlikdə çıxış edən Lori Metkalfdır. Metkalf "Happy Sad Confused” podkastında həmin dövrə dair xatirələrini bölüşüb.
Onun sözlərinə görə, Brüs Uillis son dərəcə səxavətli insan olub və həm tərəf-müqabillərinə, həm də çəkiliş heyətinə tez-tez bahalı hədiyyələr verib: "Brüs tanıdığım ən səxavətli insan idi".
O, "Misery” tamaşası zamanı yaşanan bir hadisəni də xatırladıb. Metkalf həmin dövrdə oğlunun onu ziyarət edəcəyini və onu hara aparacağını düşündüyünü deyib. Uillis isə ona "Onu Nobuya apar” deyə məsləhət verib.
Qeyd edək ki, "Nobu” məşhurların tez-tez getdiyi bahalı restoranlardan biridir.
Lüks restoranda gözlənilməz jest
Metkalf oğlunu həmin restorana apardığını, birlikdə yemək yediklərini bildirib. Hesabı ödəmək istəyəndə isə onlara "üzr istəyirik, sizdən ödəniş qəbul edə bilmərik, hesab Brüs Uillis tərəfindən ödənilib” deyilib.
Aktrisa bu hadisənin Uillisin nə qədər səxavətli və diqqətli olduğunu bir daha göstərdiyini vurğulayıb.
O, aktyorun həm səhnə arxasında, həm də iş prosesində insanlara daim jestlər etdiyini qeyd edib.
Böyük sərvət və idarəçilik
Qeyd olunur ki, Brüs Uillisin təxminən 250 milyon dollar sərvəti var. Aktyor son illərdə işləyə bilmədiyi üçün onun əmlak və maliyyə idarəçiliyi həyat yoldaşı Emma Heminq tərəfindən həyata keçirilir. Bu vəziyyətin bir dövrdə ailə daxilində müəyyən gərginliklər yaratdığı da bildirilir.
Aydın
Şərhlər