Xəbər lenti

Panamada həbsxanada kütləvi qaçış: 3 ölü, 9 yaralı
Dünya 18:12 03.06.2026

Panamada həbsxanada kütləvi qaçış: 3 ölü, 9 yaralı

Panamanın paytaxtında yerləşən həbsxanada baş verən kütləvi qaçış nəticəsində azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Qaynarinfo "Sinxua"ya istinadən xəbər verir ki, rəsmilərin məlumatında qeyd olunub ki, ümumilikdə 195 məhkum həbsxanadan qaçıb. Onlardan 123-ü qısa müddət ərzində yenidən saxlanılıb, qalanlarının axtarışı isə davam edir.

Hadisə zamanı həbsxana daxilində qarşıdurma və qarışıqlıq yaşanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Panama hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı əməliyyat başladıb və ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
 
Günay
--> -->