Xəbər lenti

Pənah Hüseyn partiyadan istefa verib? (AÇIQLAMA)
Siyasət 11:37 15.12.2025

Pənah Hüseyn partiyadan istefa verib? (AÇIQLAMA)

"Pənah Hüseyn partiyadan deyil, sədrlikdən istefa verib".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) yeni sədri Qiyas Sadıqov deyib. 

Sədr bildirib ki, Pənah Hüseyn partiyanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək:

"Özü təşəbbüs irəli sürdü ki, partiyada gənclərlə işləsin. Partiyaya yeni gənclərin cəlb olunması işi ilə məşğul olacaq. Gələcəkdə seçkilər keçiriləndə namizədliyini də verəcək. Ümumiyyətlə, partiya bütün seçkilərdə iştirak edəcək".

Qiyas Sadıqov bildirib ki, qurultayın keçirilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə göndərilib:

"Nazirlik təsdiq etdikdən sonra mən sədr kimi fəaliyyətə başlayacağam. Bir həftəyə cavab gələr".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->