Xəbər lenti

Polşada qonşular 30 illik əsarətdə saxlanılan qadını xilas etdi
Dünya 19:19 02.06.2026

Polşada qonşular 30 illik əsarətdə saxlanılan qadını xilas etdi

Polşanın Krakov şəhərində 30 il ərzində bağlı vəziyyətdə yaşayan qadın azad edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Wiadomosci” nəşri məlumat yayıb.

Məlumata görə, şəhərdəki yaşayış komplekslərindən birində sakinlər balkonlarda və ya giriş qapılarının xalçaları üzərində yardım xahişi olan qeydlər tapmağa başlayıblar.

Qeydlərin hansı mənzildən atıldığı müəyyən edildikdən sonra insanlar polisə müraciət ediblər. İlk dəfə hüquq-mühafizə orqanları qapını 78 yaşlı kişi açıb və onları içəri buraxmaqdan imtina edib. İki həftə sonra onun həyat yoldaşı da eyni şəkildə davranıb.

Üçüncü cəhddə polis mənzilə daxil ola bilib və orada cütlüyün qızı - 50 yaşlı Maqdalena aşkar edilib. Məlum olub ki, qadın 30 il ərzində mənzildən çıxmayıb. Onun vəziyyətinin ağır psixoloji olduğu, saçlarının və dişlərinin olmadığı bildirilib. Mütəxəssislər qadını xəstəxanaya yerləşdiriblər.

Mənzildə Maqdalena və onun valideynlərindən əlavə daha iki qardaşı da yaşayırmış, onlardan biri əlilliyi olan şəxsdir.

Aydın

--> -->