Dünya şöhrətli müğənni Dua Lipa britaniyalı aktyor Kallum Törnerlə ailə həyatı qurub.
Qaynarinfo xəbər verir ki, məşhur cütlük Londonun "Old Marylebone Town Hall" binasında ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi sadə nikah mərasimi ilə ailə həyatını rəsmiləşdirib.
Müğənni bu xüsusi gün üçün fil sümüyü rəngində, qızılı düyməli yüksək moda üslubunda hazırlanmış ətək və pencək dəsti seçib. O, görünüşünü enli kənarlı şlyapa, ağ əlcəklər və ayaqqabılarla tamamlayıb. Dua Lipa zərifliyi və eleqant görünüşü ilə mərasim iştirakçılarının diqqətini cəlb edib.
Məlumata görə, Dua Lipa və Kallum Törner əsas toy şənliyini İtaliyanın Palermo şəhərində keçirəcəklər. Üç gün davam edəcək möhtəşəm mərasimdə dünya şöhrətli simaların, o cümlədən Elton Con və Donatella Versaçenin iştirak edəcəyi bildirilir.
Aydın
Şərhlər