Xəbər lenti

Prezident Madər Musayevlə bağlı sərəncam imzaladı
Siyasət 15:21 25.11.2022

Prezident Madər Musayevlə bağlı sərəncam imzaladı

Madər Əliəsgər oğlu Musayev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, millət vəkili Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bundan əvvəl "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmiş deputatın sabah 75 yaşı tamam olur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->