"Qarabağ" klubunun zədəli oyunçularının vəziyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti dörd-altı ay təşkil edəcək.
Hücumameyilli yarımmüdafiəçi Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı yeddi-on gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Şərhlər